Orxan Hüseynzadə: “Uğurumuz bizə əlavə stimul verdi”

Xəbərlər
23 Dekabr 2023 10:44
140
Orxan Hüseynzadə: “Uğurumuz bizə əlavə stimul verdi”

"Uzun müddətdən sonra bu il Azərbaycanda çimərlik voleybolu bərpa olundu".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə çimərlik voleybolu üzrə menecer Orxan Hüseynzadə deyib.

O, il ərzində çox böyük işlər gördüklərini bildirib. Hüseynzadənin sözlərinə uğurlu gələcək üçün məşqlərə fasilə vermirlər: "Avropa çempionatında birinci yeri tutduq. Bu, Azərbaycan çimərlik voleybolu tarixində bir ilk idi. Bu uğurumuz bizə yeni idmançıların kəşfində, çimərlik voleybolunun inkişafında əlavə stimul verdi. Qış ayları olduğu üçün məşqlərimiz qapalı zalda keçirik. 18-19 yaşlı gənc voleybolçularımızla da hazırlıq prosesimiz davam edir".

O bildirib ki, yeni ildən artıq onları bir neçə yarış gözləyir: "EEVZA çempionatlarında, Avropa Voleybol Konfederasiyasının təşkil edəcəyi turnirlərdə, MDB ölkələrinin Gəncədə keçiriləcək oyunlarında mübarizə aparacağıq. Məşqçilər və heyətimizlə birlikdə əlimizdən gələni edəcəyik ki, yüksək səviyyədə uğurlar qazanaq. Daim Azərbaycanın adını və bayrağını yüksəklərdə tutmağa çalışacağıq".

İdman.biz