Bu gün qar voleybolu üzrə qadınlar və kişilər arasında ölkə kubokuna start verilib.
İdman.Biz bildirir ki, Şahdağ Turizm Mərkəzində təşkil olunan yarışın birinci günündə ümumilikdə 9 qarşılaşma keçirilib.
Reqlamentə əsasən, qadın komandaları dairəvi, kişi komandaları isə olimpiya sistemi üzrə yarışırlar. Sabah kişilər arasında üçüncü yer uğrunda və final qarşılaşmaları keçiriləcək. Qadınların yarışında isə üç oyun olacaq və mükafatçılar turnir cədvəlinə əsasən müəyyənləşəcək.
Oyunlardan sonra mükafatlandırma mərasimi baş tutacaq.
Qeyd edək ki, ölkə kubokunda 5 qadın (“Gəncə”, “AZERRAIL”, “Milli”, “Milli-2” və “Qaraqaya”), 4 kişi komandası (“Gənclər”, “Qaraqaya”, “Baku Fires” və “AZERRAIL”) mübarizə aparır.
Oyunların nəticələri
24 yanvar
Qadınlar
“AZERRAIL” – “Milli-2” 2:0 (15:6, 16:14)
“Milli” – “Qaraqaya” 2:0 (15:7, 15:5)
“Qaraqaya” – “Gəncə” 0:2 (6:15, 7:15)
“Milli-2” – “Milli” 0:2 (9:15, 12:15)
“Milli” – “AZERRAIL” 2:1 (12:15, 15:8, 15:12)
“Gəncə” – “Milli-2” 2:0 (15:4, 15:3)
“Qaraqaya” – “AZERRAIL” 0:2 (5:15, 11:15)
Kişilər
“Qaraqaya” – “Gənclər” 2:1 (15:17, 22:20, 15:9)
“AZERRAIL” – “Bakı Fires” 2:0 (15:6, 15:11)
Sabahkı günün proqramı isə belədir:
25 yanvar
Qadınlar
10:00. “Gəncə” - “Milli”
10:30. “Milli-2” - “Qaraqaya”
11:00. “AZERRAIL” - “Gəncə”
Kişilər
3-cü yer
11:30. “Gənclər” - “Baku Fires”
Final
12:00. “Qaraqaya” - “AZERRAIL”
