Voleybol Federasiyası yeniyetmələr arasında seleksiya prosesini davam etdirir - FOTO

Xəbərlər
18 Yanvar 2026 12:59
40
Voleybol Federasiyası yeniyetmələr arasında seleksiya prosesini davam etdirir - FOTO

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir.

İdman.Biz AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Seçim günü” çərçivəsində növbəti seçimlər Sumqayıt şəhərində təşkil olunub.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Sumqayıt və Şərqi Zəngəzur Regional Voleybol Klublarında məşq edən 2012–2013-cü il təvəllüdlü qız voleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.

Seçim mərhələsini uğurla keçən idmançıların yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacağı bildirilib.

Qeyd edək ki, seleksiya prosesi davam edəcək. Növbəti “Seçim günü” yanvarın 24-də Gəncə şəhərində keçiriləcək.

İdman.Biz