Voleybol üzrə Azərbaycan çempionatı davam edir. Doqquzuncu turda “Ordu” “Azərreyl”i (3:1) məğlub edərək vahid liderliyi ələ keçirib.
“Ordu” komandasının hazırda 19 xalı var. Lakin növbəti pillədə olan “Neftçi” (18 xal) bu gün “Xilasedici" (15) ilə qarşılaşacaq və qələbə qazanaraq zirvəni geri qaytara bilər.
İdman.Biz-in məlumatına görə, “Ordu” komandasının baş məşqçisi Cavid Süleymanov çempionluğu qazanmaq əzmindədir.
“Hamı bilir ki, zirvədə qalmaq ora çatmaqdan daha çətindir. Bizi birinci yerdən sıxışdırmaq cəhdlərinə hazırıq və mən mütləq taleyimizin rəqiblərimizin deyil, öz əlimizdə olmasını istərdim. Ümid edirəm ki, çempionatın sonuna qədər birinci yeri qoruyub saxlaya bilərik”, - deyə “Ordu” komandasının baş məşqçisi bildirib.
Vüqar Vüqarlı
