VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan qadınlardan ibarət milli komandamızın hücumçusu Marqarita Stepanenko komandanın çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
“Gümüş medal qazanmağımız münasibətilə komandamızı təbrik edirəm. Digər komandalar kimi biz də birinci yeri tutmaq istəyirdik. Əlimizdən gələni etdik, olmadı, nəticədə gümüş medal qazandıq”, - Stepanenko bildirib.
O, həmçinin yarışın gənc oyunçular üçün önəmini vurğulayıb: “Komandamızda gənc oyunçular da var və bu yarış onlar üçün böyük təcrübə oldu. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyik”.
