Forlan tennislə məşqul olmağa başlayıb

Xəbərlər
22 İyun 2024 15:03
187
Forlan tennislə məşqul olmağa başlayıb

Uruqvay millisinin veteran futbolçusu Dieqo Forlan özünə yeni idman növü tapıb.

İdman.biz xəbər verir ki, o, peşəkar tennislə məşqul olmağa başlayıb.

Artıq bir neçə turnirə qatılan Forlan son olaraq ITF MT1000 turnirində 1/4 finala kimi irəlləyib. O, bu mərhələdə braziliyalı Antonio Amroya məğlub olub.

Dieqo yaşı 45-dən yuxarı olan tennisçilərin reytinqində 438-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 45 yaşlı Forlan futbolçu karyerasına 2018-ci ildə yekun vurub. Uruqvaylı "Mançester Yunayted", "Vilyarreal", "Atletiko", "İnter" kimi böyük klubların şərəfini qoruyub.

İdman.biz

Məqalədə: