Stolüstü tennisçilərimizin Roma sınağı

Xəbərlər
7 İyul 2024 11:26
87
Stolüstü tennisçilərimizin Roma sınağı

Veteran stolüstü tennisçilərimiz İtaliyaya yollanıblar.

İdman.biz xəbər verir ki, idmançılarımız paytaxt Romada təşkil olunan dünya çempionatında iştirak edəcəklər.

Yarışda Fərhad İsmayılov, İlkin Mustafayev, Məzahir Həsənov, Firudin Hüseynov, Əli Heydəri və Zabit Bağırov qələbə uğrunda mübarizə aparacaq.

İyulun 8-də start veriləcək dünya çempionatına iyulun 14-də yekun vurulacaq.

İdman.biz