Millimizin yeni baş məşqçisi Paris-2024-ə lisenziya şanslarını dəyərləndirib

Xəbərlər
22 Dekabr 2023 13:27
147
Millimizin yeni baş məşqçisi Paris-2024-ə lisenziya şanslarını dəyərləndirib

Millimizin yeni baş məşqçisi Paris-2024-ə lisenziya şanslarını dəyərləndirib

“Qarşıdakı il bizim üçün çox vacibdir. Yazda Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat yarışları var”.

İdman.biz xəbər verir ki, bunu akademik avarçəkmə üzrə Azərbaycan millisinin yeni təyin edilən baş məşqçisi Vladimir Morozov deyib.

Ukraynalı mütəxəssis yığmamızın Olimpiadaya şanslarını dəyərləndirib. O, Bəhmən Nəsiri və Diana Dımçenkonun lisenziya əldə etmək gücündə olduğunu bildirib.
Morozovun sözlərinə görə, Azərbaycanda avarçəkmənin daha da inkişafı üçün əla şərait yaradılıb: “Mingəçevirdə şərait möhtəşəmdir. Deyərdim ki, bu baza Avropanın ən yaxşılarındandır. Bu səbəbdən də məşqlərimizin uğurlu keçməsinə mane olacaq heç bir şey yoxdur”.

Qeyd edək ki, Morozov Azərbaycana gələnədək Ukrayna millisinə rəhbərlik edib. O, yerli idmançılarla London-2012 Yay Olimpiya Oyunlarında 4 qızıl medal qazanıb.

İdman.biz

Məqalədə: