Azərbaycan parataekvondo millisi beynəlxalq turnirdə mübarizə aparacaq.
İdman.biz xəbər verir ki, yığmamız Koreya açıq beynəlxalq turnirində qüvvəsini sınayacaq.
Cənubi Koreyanın Çxunçxon şəhərində keçiriləcək yarışda ölkəmizi Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) təmsil edəcək.
Qeyd edək ki, millimiz yarışa baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında yollanıb.
İdman.biz