Milli Paralimpiya Komitəsində yeni təyinat

Xəbərlər
14 Mart 2024 17:08
Milli Paralimpiya Komitəsində yeni təyinat

Milli Paralimpiya Komitəsinə yeni mətbuat katibi təyin olunub.

İdman.biz xəbər verir ki, bu vəzifə Fərid Qarazadəyə həvalə edilib.

O, 2016-cı ildə ölkəmizdə təşkil olunan UEFA U-17 Avropa çempionatının yerli Təşkilat Komitəsində çalışıb, UEFA AVRO-2020-nin Bakının ev sahibliyi etdiyi oyunların təşkilində media əməliyyatları üzrə direktor müavini olaraq fəaliyyət göstərib.

İdman mediası və idarəçiliyi ilə bağlı ölkə daxilində və xaricdə bir çox beynəlxalq yarışların təşkilində təcrübə keçib.

2022-ci ildən bu təyinatına qədər Qarazadə "Neftçi"nin Mətbuat və marketinq departamentində çalışıb.

İdman.biz

Məqalədə: