Parataekvondoçumuz lisenziya turnirinə yollanıb

Xəbərlər
6 Mart 2024 16:55
Parataekvondoçumuz lisenziya turnirinə yollanıb

Martın 8-də Bolqarıstanın paytaxtı Sofiyada parataekvondo üzrə Avropa Olimpiya Təsnifat Turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan 1 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Fərid Tağızadə Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə Röyalə Fətəliyevaya şans verəcək. O, K44 kateqoriyası üzrə 52 kq çəkidə dayanq üzərinə çıxacaq.

Qeyd edək ki, təmsilçilərimiz artıq Sofiyaya yollanıblar.

İdman.biz

Məqalədə: