MPK rəhbərliyi beynəlxalq qurumun Baş Assambleyasında iştirak edir

Xəbərlər
26 Sentyabr 2025 17:36
28
MPK rəhbərliyi beynəlxalq qurumun Baş Assambleyasında iştirak edir

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Baş Assambleyasında iştirak edir.

İdman.biz xəbər verir ki, bu baradə MPK-nın mətbuat xidməti məlumat yayıb.

190 ölkədən 400-ə yaxın nümayəndənin qatıldığı sayca 22-ci dəfə təşkil olunan Assambleya Cənubi Koreyanın paytaxtı Seulda baş tutur.

Sabah yekun vurulacaq Assambleyada IPC-yə prezident və İdarə Heyətinə seçkilər keçiriləcək.

İdman.biz