MOK rəsmisi: “Azərbaycanda basketbolun inkişafı göz qabağındadır”

Xəbərlər
25 Sentyabr 2025 16:42
110
MOK rəsmisi: “Azərbaycanda basketbolun inkişafı göz qabağındadır”

"Azərbaycanda basketbolun inkişafı göz qabağındadır".

İdman.biz "Report" -a istinadən xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Basketbol Liqasının ilin yekunlarına həsr edilmiş tədbirində deyib.

O, Azərbaycan Basketbol Federasiyasının fəaliyyəti haqda danışıb: “Azərbaycanda basketbolun inkişafı göz qabağındadır. Buna nümunə olaraq Azərbaycanın qadınlardan ibarət 3X3 yığmasının Paris-2024 Yay Olimpiya Oyunlarındakı uğurlu çıxışını göstərmək olar. Bundan başqa, klublarımız da artıq Avropa Kuboklarında sözlərini deyirlər. Dünən ‘Abşeron Lions’un Avropa Kubokunun I təsnifat mərhələsinin ilk oyununda Bakıda Kipr təmsilçisi ‘Anortosis’ə qalib gəlməsi hər kəsi sevindirdi.”

İdman.biz