İsveçrəli pilot Laura Villars Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
İdman.biz Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə 28 yaşlı pilot açıqlamasında deyib.
Laura bildirib ki, FİA yenidən klubların və lisenziya sahiblərinin federasiyası olmalıdır: "Məqsədim idarəçiliyi daha demokratik, şəffaf, məsuliyyətli, qadınlara və yeni nəslə açıq etməkdir. Əminəm ki, avtosport dünyanı ilhamlandırmaq üçün müxtəlifliyə və innovasiyalara ehtiyac duyur”.
FİA prezidentliyinə seçkilər bul il dekabrın 12-də keçiriləcək.
Qeyd edək ki, Villars karyerası ərzində ümumilikdə 58 yürüşdə - "Ultimate Cup Series F3R", "F4 UAE", "Ferrari Challenge Europe" və "Europe Ligier Series" yarışlarında iştirak edib. 2023-cü ildə "Ultimate Cup Series F3R"də tam mövsüm keçirərək ümumi sıralamada 5-ci olub. 2025-ci ildə isə “Virage” komandası ilə "Europe Ligier JS P4 Series"də çıxış edir.
İdman.biz