Azərbaycan Bilyard Federasiyasının (ABF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq “Snuker” bilyard idman növü üzrə Azərbaycan çempionatı keçirilib.
İdman.biz xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutan yarışın qalibi Orxan Rzayev olub.
Fəxrəddin Həsənov gümüş, Turac Namazovla Azər Rzayev bürünc medal qazanıb.
İdman.biz