Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
8 Sentyabr 2025 16:36
49
Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, sentyabrın 8-14-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Boccia üzrə Dünya Kuboku – 1-9 sentyabr (Koreya, Seul);
🔹 Boks üzrə (WB) kişilər və qadınlar arasında dünya çempionatı – 2-14 sentyabr (İngiltərə, Liverpul);
🔹 Kamandan oxatma üzrə dünya çempionatı – 5-12 sentyabr (Koreya, Qvanqcu);
🔹 Stend atıcılığı üzrə Avropa Çempionlar Liqası – 10-14 sentyabr (İspaniya, Madrid);
🔹 Kişi və qadın idman gimnastikası üzrə Dünya “Challenge” Kuboku – 13-14 sentyabr (Fransa, Paris);
🔹 Sumo üzrə dünya çempionatı və birinciliyi – 13-14 sentyabr (Tailand, Banqkok);
🔹 Qılıncoynatma (sablya) üzrə gənc oğlanlar arasında Açıq Turnir (U20) – 13-15 sentyabr (Türkiyə, Ankara);
🔹 Güllə atıcılığı üzrə ISSF Dünya Kuboku – 13-21 sentyabr (Çin, Ningbo);
🔹 Atletika üzrə dünya çempionatı – 13-21 sentyabr (Yaponiya, Tokio);
🔹 Sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında dünya çempionatı – 13-21 sentyabr (Xorvatiya, Zaqreb).

İdman.biz