Azərbaycanda ilk

Xəbərlər
19 Avqust 2025 16:00
50
Azərbaycanda ilk

Azərbaycan Bilyard Federasiyasının (ABF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq “Snuker” bilyard idman növü üzrə Azərbaycan çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, yarış sentyabrın 6-8-də "Məkan Bilyard Akademiyasın"da baş tutacaq.

Bu mötəbər yarışın əsas məqsədi snuker idman növünü Azərbaycanda inkişaf etdirmək, beynəlxalq standartlara uyğun yarış mühitini formalaşdırmaq və gənc idmançıların bu idmana marağını artırmaqdır. Ölkənin müxtəlif bölgələrindən iştirakçılar bu tarixi çempionatda güclərini sınayacaq və qalib adı uğrunda mübarizə aparacaqlar.

İdman.biz

Məqalədə: