Motosiklçilərimiz Gürcüstanda uğurlu çıxış ediblər

Xəbərlər
18 Avqust 2025 21:30
40
Motosiklçilərimiz Gürcüstanda uğurlu çıxış ediblər

Avqustun 17-də Gürcüstanın Telavi şəhərində gənclərin və veteranların iştirakı ilə beynəlxalq motokross yarışı keçirilib.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz qonşu ölkədə uğurlu çıxışla yadda qalıb.

Gənclər arasında Emin Tağıyev fərqlənib. O, yarışı ikinci pillədə başa vurub. Veteranlar mübarizəsində isə Vaqif Əhmədov üçüncü yeri tutub.

İdman.biz