Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
18 Avqust 2025 18:57
55
Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, avqustun 18-24-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Sərbəst, yunan-Roma və qadın güləşi üzrə U-20 dünya çempionatı – 18-24 avqust (Bolqariya, Samokov);
🔹 ISU yeniyetmələr arasında Qran Pri – 20-23 avqust (Latviya, Riqa);
🔹 Bədii gimnastika üzrə dünya çempionatı – 20-24 avqust (Braziliya, Rio-de-Janeyro);
🔹 Kayak və kanoe üzrə dünya çempionatı – 20-25 avqust (İtaliya, Milan);
🔹 Basketbol üzrə qızlar arasında “FİBA U16” Avropa şempionatı (Divizion B) – 20-29 avqust (Türkiyə, İstanbul);
🔹 WKF üzrə “Marmara Cup” beynəlxalq turnir – 21-24 (Türkiyə, İstanbul).

İdman.biz