TWA: "Dünya Şaquli Qaçış Turuna yeni ölkə qatılıb - Azərbaycan"

Xəbərlər
18 Avqust 2025 12:41
40
TWA: "Dünya Şaquli Qaçış Turuna yeni ölkə qatılıb - Azərbaycan"

Ümumdünya Hündürmərtəbələrdə Şaquli Qaçış üzrə Assosiasiya (TWA) Dünya Turuna yeni ölkənin - Azərbaycanın qoşulduğunu bəyan edib.

İdman.biz xəbər verir ki, qurum sentyabrın 28-də Bakıda "Flame Towers"də keçiriləcək "SkyWinD" turnirindən bəhs edib.

"Bakının "Triterra" triatlon klubu tərəfindən təşkil edilən "SkyWinD" yarışı sentyabrın 28-də Bakının üç məşhur "Flame Towers"dən birində keçiriləcək. Beynəlxalq qaçışçıları və bu tədbir üçün qeydiyyatdan keçən bütün idmançıları salamlayırıq", - deyə TWA tərəfindən bildirilib.

Qeyd edək ki, yarış iştirakçıları 32 mərtəbəni qət etməli olacaqlar. Turnir 60 əmsallıq xal sistemi ilə keçiriləcək.

İdman.biz