Biliyard üzrə dünya çempionu təcavüzdə ittiham olunur

Xəbərlər
15 Avqust 2025 11:11
43
Biliyard üzrə dünya çempionu təcavüzdə ittiham olunur

2006-cı ildə biliyard üzrə dünya çempionu olmuş Qrem Dott gələn il uşaqlara qarşı cinsi zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

İdman.biz "Dailymail" portalına istinadən xəbər verir ki, 48 yaşlı şotland 17 il ərzində ibtidai sinif uşaqlarına qarşı etdiyi təcavüzdə ittiham olunur.

Zərərçəmişlərin hər ikisi Qlazqo bölgəsindədir.

Qlazqo Ali Məhkəməsində keçirilən virtual dinləmədə iştirak etməyən Dottanın ittihamları rədd etdiyi bildirilib. O, irəli sürülən iki ittiham üzrə özünü təqsirli bilməyib.

Qeyd edək ki, məhkəmə baxışı gələn il avqustun 17-nə təyin olunub.

İdman.biz