Qax rayon mərkəzi stadionu gözdən uzaq olmasa da, könüldən iraq qalıb.
İdman.biz xəbər verir ki, bu barədə Shimal.News-a rayon sakinləri tərəfindən bildirilib.
Onların sözlərinə görə, stadionu ot basıb, qaçış zolağı yararsız vəziyyətə düşüb, asfalt örtüyü dağılıb, oturacaqlar sındırılıb.
Əvvəllər ölkə əhəmiyyətli futbol oyunlarının və mədəni tədbirlərin keçirildiyi stadion hazırda yararsız vəziyyətdədir. Buna baxmayaraq, sakinlər hər gün səhər və axşam saatlarında idmanla məşğul olmaq üçün bura üz tutur.
İdman.biz