Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Yay Universiadasının büdcəsi açıqlanıb.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, ümumi məbləğ 157 milyon avrodur.
Büdcənin 20 milyon avrosunun bilet satışı və sponsorluq müqavilələrindən daxil olacağı planlaşdırılır.
Qeyd edək ki, iştirakçılar ənənəvi Olimpiya kəndi əvəzinə rayondakı otellərdə yerləşdirilib. Ümumilikdə idmançılar və rəsmi şəxslər üçün 60 mindən çox otaq bron edilib.
İdman.biz