Bakıda “Gecənin əfsanələri” adlı yarış keçiriləcək - VİDEO

Xəbərlər
19 İyul 2025 10:05
76
Bakıda “Gecənin əfsanələri” adlı yarış keçiriləcək - VİDEO

Bu gün Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Caspian Event Organisers” ilə birgə əməkdaşlıq çərçivəsində “Gecənin əfsanələri” (Legends of The Night) adlı yarış keçiriləcək.

İdman.biz xəbər verir ki, bununla yanaşı, kartinq çempionatı və drift şou da baş tutacaq.

Bakıda növbəti möhtəşəm avtomobil şousunda "US Legend Cars" yarışı, gənc pilotlar arasında kartinq çempionatının finalı olacaq.

Həyəcanlı drift-şounu bir araya gətirəcək tədbir Dövlət Bayrağı Meydanında xüsusi olaraq qurulmuş trasda keçiriləcək.

Açıq havada təşkil olunacaq bu avtomobil idmanı gecəsi saat 18:00-da başlayacaq.

İdman.biz