Azərbaycan Bilyard Federasiyasının (ABF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Pro Pool Station” klubunun ev sahibliyi ilə iyunun 28-30-da Bakıda “Pool Nine Ball” bilyard idman növü üzrə şəhər çempionatı keçiriləcək.
İdman.biz xəbər verir ki, yarışın əsas məqsədi ölkəmizdə bilyard idman növünün inkişafına dəstək vermək, gənclər arasında bu idmana marağı artırmaq və peşəkar idmançılar üçün yarış təcrübəsi yaratmaqdır.
Çempionatda ölkənin müxtəlif bölgələrindən idmançılar iştirak edəcək və yüksək səviyyəli mübarizə gözlənilir.
Turnir Azərbaycan Bilyard Federasiyasının illik yarış təqviminin bir hissəsidir və bu növ üzrə yerli səviyyədə keçirilən ən əhəmiyyətli tədbirlərdən biri hesab olunur.
İdman.biz