“Latviyaya gəldikdən sonra keçirdiyim ilk mətbuat konfransında dediyim kimi millinin qapıları daim hər kəsin üzünə açıq olacaq”.
İdman.biz xəbər verir ki, bunu Latviya millisinin baş məşqçisi Paolo Nikolato deyib.
Azərbaycan və Albaniya ilə iyunda keçiriləcək oyunlar üçün heyəti açıqlayan mütəxəssis dəvət etdiyi futbolçularla bağlı seçiminə şərh verib: “Yığmanın qapıları heç vaxt millidə oynamayanların üzünə açıqdır. Çoxdan burda olanların isə yeri təmin edilməyib. Bu, bütün oyunçulara aiddir. Biz yeni futbolçuları iş başında görmək istəyirik. Onlara özlərini göstərmək üçün şans verəcəyik. U-21-də xoş təsir bağışlayan və diqqətimizi cəlb edən futbolçuları da çağırmışıq. Onlarla söhbət etmişəm və onların bu formanı qürurla daşıyacağını bilirəm”.
Qeyd edək ki, Latviya – Azərbaycan oyunu iyunun 7-də Riqada keçiriləcək.
İdman.biz