Sərbəst Piramida üzrə ölkə çempionatının qalibləri müəyyən olunub

Xəbərlər
21 May 2025 10:47
35
Sərbəst Piramida üzrə ölkə çempionatının qalibləri müəyyən olunub

Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Sərbəst Piramida üzrə ölkə çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, yüksək rəqabətli mübarizə şəraitində keçirilən turnirdə qaliblər müəyyən olunub.

Turnirin yekun nəticələri:

1. Abbasəliyev Cahangir – Qızıl medal və ölkə çempionu titulu

2. Rəhimov Mirsəlim – Gümüş medal

3. Əkbərov Məhəmməd və Rzayev Emil – Bürünc medal

Qeyd edək ki, çempionatın keçirilməsində AZPULMAT şirkəti sponsor qismində çıxış edərək turnirin yüksək səviyyədə təşkilinə öz töhfəsini verib.

İdman.biz