Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Bu həftə Qoçlar qətiyyət tələb edən məsələlərdə özlərində güc artımı hiss edə bilərlər. Həftənin ortasında gözlənilməz təklif karyera planlarınızı dəyişə bilər. Yeni görüşlərə hazır olun. Qarşılıqlı münasibətlərdə kortəbii etiraflar və ya sürprizlər mümkündür. Cavab verməyə tələsməyin. Həftəsonu ailənizlə istirahət edin. Avarçəkmə, atıcılıq, güləş, velosiped, qılıncoynatma və qaçış idmanında nailiyyətlər özünü göstərəcək.
Buğa
Buğalar üçün həftə yeniliklərlə zəngin olacaq. Özünüzdə görmək istədiklərinizi digərlərində tapacaqsınız. Bu, əsla sizi narahat etməsin, təmkinli olsanız, hər şey yoluna düşəcək. Cümə günü heç bir maliyyə qərarı verməyin - səhv hesablama riski yüksəkdir. Enerjini bərpa etməyin ən yaxşı yolu tək gəzməkdir. Basketbol, həndbol, cüdo, voleybol, tennis və samboçular üçün yaxşı başlanğıc olacaq.
Əkizlər
Bu həftə Əkizlər üçün sakit oturmaq çətin olacaq. Sanki karuseldəsiniz: emosiyalar, fikirlər, zənglər, görüşlər. Ancaq bu xaosda daxili hisləriniz hər şeyi yoluna qoyacaq. Düşərli günlər çərşənbə axşamı və cümə axşamıdır: vacib danışıqlar üçün çox əlverişlidir. Həftə sonları istirahətinizə diqqət yuetirməlisiniz, sinir sisteminizin istirahətə ehtiyacı var. Minifutbol, güləş, karate, basketbol, futzal və şahmat idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
Xərçəng
Xərçənglər həftə ərzində baş verəcək hadisələrlə barışmalıdırlar. Çünki olacaqlar sizin iradəniz xaricində gerçəkləşəcək. Şəxsi həyatınızla bağlı kimsə sizə özünü xatırlada bilər. Təmkinli olmağa çalışın. Bu, sistemli yanaşma tələb edir. Belə olan halda problemi həll etməyi bacaracaqsınız. Şənbə günü intuisiyanıza güvənin. Ağırlıqqaldırma, güləş, karate, futbol, cüdo və üzgüçülüklə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
Şir
Şirlər bu həftə maddi məsələlərə diqqət yetirməlidirlər: həm uğurlu alışlar, həm də gözlənilməz xərclər mümkündür. İşdə təşəbbüs göstərin - cəsarətlə hərəkət etsəniz şansınız bol olacaq. Sevgidə nə qədər sakit olsanız, bir o qədər hədəfə yaxınlaşacaqsınız. Başqalarına təzyiq göstərməyin - tərəfdaşınıza seçim hüququ verin. Sambo, güləş, gimnastika, futbol və avarçəkmə növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.
Qız
Bu həftə Qızlar mükəmməl planları həyata keçirməkdə çətinlik çəkməyəcəklər. Çərşənbə axşamı müəyyən pozuntular ola bilər - panik etməyin, bu uğursuzluq deyil, kursu dəyişmək üçün işarədir. Şəxsi sferada düşüncələrinizə güvənməyə dəyər. Uzun müddətdən bəri istəyirsiniz yeni layihə reallaşacaq. Avarçəkmə, güləş, cüdo, çövkən, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
Tərəzi
Tərəzilər bu həftə münasibətləri bərpa etmək və ya çoxdan gözlədikləri dialoqa girmək şansı əldə edəcəklər. Bir az zehni iş tələb edəcək, amma nəticələr buna dəyər. Həftə maliyyə baxımından sabitdir, lakin başqalarının həm maddi, həm də mənəvi borclarını üzərinizə götürməməlisiniz. Həftə sonu özünüzə vaxt ayırın, bununla digərlərinin diqqətini çəkmiş olacaqsınız. Həndbol, voleybol, basketbol, hokkey və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.
Əqrəb
Əqrəblər həftəboyu yavaşlasalar daha yaxşı olar. Bu günlər daha həssassınız və hər hansı kiçik şeyləri adi haldan daha kəskin şəkildə qəbul edə bilərsiniz. Sevgidə inam həlledici olacaq. Hər sahədə dürüst olun. Qarşı tərəfin inamını qazanmağınız sizi hədəfə daha da yaxınlaşdıracaq. Voleybol, ötüstü hokkey, üzgüçülük, atçılıq, qaçış və güləş növlərində uğurlar gözləniləndir.
Oxatan
Oxatanlar bu həftə dəyişiklik istəyəcəklər və onlar bu fürsətə çox yaxın olacaqlar. Bazar ertəsindən çərşənbə gününə qədər olan dövr yeni əlaqələr qurmaq, həmçinin hədəfləri yenidən düşünmək üçün xüsusilə əlverişlidir. Addımlarınızda cəsarətli olun. Şənbə günü gözlənilməz dönüşlə romantik anlar mümkündür. Futzal, həndbol, atıcılıq, güləş, basketbol və voleybol idman növlərində uğurlar vəd olunur.
Oğlaq
Oğlaqlar təkbaşına qərarlar qəbul etsələr, həftə onlar üçün məhsuldar olacaq. Əməkdaşlıq və tərəfdaşlıq gözləniləndən daha çox şey gətirəcək. Cümə axşamı düşərli olacaq. Arzuladığınız yeni layihə bəhrəsini verəcək. Mütləq qaydadad sağlamlığınıza diqqət yetirin. Şahmat, futbol, güləş, üzgüçülük, karate və boks idman növlərində bol-bol uğurlar vəd edilir.
Dolça
Dolçalar üçün həftə mənfi vərdişlərini dəyişdirmək baxımından əlverişlidir. Əvvəllər verdiyiniz vədlərə əməl etməlisiniz. İşdə yarana biləcək anlaşılmazlıqları dialoq yolu ilə həll edin. Bazar günü gələcəyə baxışınızı dəyişə biləcək görüş gözlənilir. Həftəsonu çalışın istirahətinizi təbiət qoynunda keçirəsiniz. Futbol, şahmat, cüdo, boks, stolüstü tennis və qılıncoynatma ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Balıqlar
Balıqları həftə ərzində maraqlı tanışlıqlar və yeni layihələr gözləyir. Özünüzə güvənin və təmkinli davranın. Bazar ertəsi ehtiyyatı əldən verməyin, taleyüklü addım atmağa məcbur olsanız da, fikrinizdən yayının. Cümə günü yaradıcılıq və ya sevgi üçün düşərlidir. Hisslərinizi büruzə verməkdən qorxmayın - başa düşüləcəksiniz. Güləş, karate, cüdo, stolüstü tennis, voleybol və gimnastika ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
İdman.biz