MDB Oyunlarının MASKOTLARI

23 Aprel 2025 10:47
456
MDB Oyunlarının MASKOTLARI

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotlarının adları bəlli olub.

İdman.biz xəbər verir ki, bu, mötəbər multiidman yarışına həsr olunan ilk mətbuat konfransında açıqlanıb.

Oyunların simvolları kimi Bəbir və Leyla seçilib. Onlar Qafqaz bəbirinin obrazında Azərbaycanın təbiətinin zənginliyini, gücünü və qonaqpərvərliyini nümayiş etdirir.

Qeyd edək ki, MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək.

İdman.biz