Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Xəbərlər
6 Noyabr 2024 17:48
157
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, noyabr üçün müəyyənləşən siyahının ilk “üçlüy”ündə dəyişiklik olmayıb.

Cədvələ yenə Olimpiya çempionu olan cüdoçu Hidayət Heydərov başçılıq edir. Onun aktivində 530 xal var.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci (500 xal) yerdə qərarlaşıb. "Üçlüy"ü digər Olimpiya çempionu, cüdoçu Zelim Kotsoyev qapayır – 430 xal.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

İdman.biz