Müğənni Talıb Tale toyundan sonra qaydasız döyüşə çıxıb - yalnız İdman.Biz TV-də - VİDEO

Xəbərlər
25 İyun 2024 10:12
1 130
Müğənni Talıb Tale toyundan sonra qaydasız döyüşə çıxıb - yalnız İdman.Biz TV-də - VİDEO

İdman.Biz TV-nin “Ulduzlu İdman” proqramının növbəti qonağı bu yaxınlarda ailə həyatı quran və bu əlamətdar hadisədən sonra ilk dəfə döyüşçü kimi görünən məşhur ifaçı Talıb Tale olub.

İdman.bizin məlumatına görə, verilişin aparıcısı Zümrüd Bədəlova ilə söhbət zamanı Talıb Tale idmana olan həvəsindən danışıb, bacarığını nümayiş etdirib.

Məlum olub ki, müğənni əla fiziki formadadır. Proqramın xüsusi qonağı Hadıyev TEAM Club-ın rəhbəri, Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının məşqçisi, idman ustası, ikiqat dünya çempionu Fərid Hadıyev olub.

YouTube kanalımızda çox maraqlı verilişi izləyin!

İdman.biz