Azərbaycan ilə Çexiyanın antidopinq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Xəbərlər
24 May 2024 15:09
85
Azərbaycan ilə Çexiyanın antidopinq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakıda Azərbaycan Milli Antidopinq Agentliyi ilə Çexiya Antidopinq Komitəsinin rəhbərliyi arasında görüş olub.

İdman.biz xəbər verir ki, görüş zamanı tərəflər qadağan edilmiş vasitələrin və üsulların istifadəsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsinin aparılması məqsədilə anlaşma memorandumunun imzalanması imkanlarını müzakirə ediblər.

Hər iki tərəf antidopinq proqramlarının təkmilləşdirilməsinə yönəlmiş innovativ layihələr üzərində birgə fəaliyyətdə maraqlı olduğunu bildirib.

Görüş zamanı idmançılara və idmançı köməkçi heyətinə dərman vasitələrinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) Qadağan edilmiş siyahısında olub-olmadığını yoxlamağa imkan verəcək mobil proqramın hazırlanmasına xüsusi diqqət yetirilib. Bu proqram təmiz idmanın təmin edilməsində və idmançıları qadağan edilmiş maddələrin qəsdən istifadəsindən qorumaqda mühüm vasitə olacaq.

Çexiya Antidopinq Komitəsinin rəhbəri Martin Çizjek qeyd edib ki, AMADA ilə əməkdaşlıq etmək imkanından məmnundurlar.

AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev öz növbəsində əlavə edib ki, bu tərəfdaşlıqda böyük potensial görürük və mobil tətbiqin hazırlanması kimi innovativ yanaşmalar, bizə antidopinq standartlarını yeni səviyyəyə qaldırmağa imkan verəcək.

İdman.biz