Dünya rekordu vuran pəhləvanımız: “Uğurlarımı aprel qəhrəmanlarına həsr edirəm” - VİDEO

Xəbərlər
2 Aprel 2024 17:57
599
Dünya rekordu vuran pəhləvanımız: “Uğurlarımı aprel qəhrəmanlarına həsr edirəm” - VİDEO

“7 qat dünya rekordçusu idim. Bu gün iddia elədiyim daha 3 dünya rekorduna imza atdım”.

İdman.biz xəbər verir ki, bunu azərbaycanlı pəhləvan Vüsal Cavadov deyib.

Gənclər və İdman Nazirliyinin binasının qarşısında müxtəlif çətin hərəkətləri yerinə yetirən idmançı daha 3 rekordunu rəsmiləşdirib. O, bu uğurunun sirrini açıqlayıb: “Pəhləvan ailəsində doğulmuşam. 6 yaşımdan bu işlə məşğulam. Dünya rekordları vurmaq üçün gərək qeyri-adi, heç kəsin bacara bilməyəcəyi, cəhd etməyə çalışmadığı heyrətamiz hərəkətləri icra edəsən. Bizim Dünya Rekordları Federasiyasının Qafqaz nümayəndəliyi ilə danışığımız oldu. Qeyri-adi hərəkətləri ortaya qoymağa çalışdıq. Uğurlarımı aprel qəhrəmanları, aprel şəhidlərinə həsr edirəm”.

Qeyd edək ki, Cavadov zorxana idman növü üzrə 3 qat Avropa, 2 qat Dünya Kubokunun sahibi və dünya çempionudur.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: