Azərbaycanlı pəhləvan 3 dünya rekordu vurub - FOTO - VİDEO

2 Aprel 2024 17:36
624
Azərbaycanlı pəhləvan 3 dünya rekordu vurub - FOTO - VİDEO

Azərbaycanlı pəhləvan Vüsal Cavadov yeni rekordlar müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, o, Gənclər və İdman Nazirliyinin binasının qarşısında baş tutan çıxışında bir sıra dünya rekordlarını yeniləyib.

Pəhləvan ilk olaraq ayağı yalın şüşə qırıntıları üzərində dayanaraq hər iki əlində çəki daşları iplə bıçağa bağlı vəziyyətdə və bıçaqla əldə tutaraq qolları horizontal vəziyyətdə saxlayaraq, daşları havada saxlayıb.

İkinci hərəkətlə çəki daşına bağlı vəziyyətdə mətbəx bıçağını ağız nahiyəsində dişlə yerdən qaldırıb.

Üçüncü hərəkətdə isə kəndirə bağlı vəziyyətdə mətbəx bıçağını ağzında dişi ilə tutaraq "Jeep" markalı avtomobilini dartıb.

Prosesi qeydə almaq üçün Azərbaycana gələn Dünya Rekordları Federasiyasının Qafqaz nümayəndəliyi bunu təsdiqləyib.

Pəhləvanı idman ictimaiyyətinin nümayəndələri, nazirliyin rəsmiləri və media üzvləri izləyiblər.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: