Yığmamız Rusiyada beynəlxalq turnirdə 9 medal qazanıb - VİDEO

5 Mart 2024 12:43
634
Yığmamız Rusiyada beynəlxalq turnirdə 9 medal qazanıb - VİDEO

Rusiyada “Moskva uşu ulduzları” yarışı keçirilib.

İdman.biz xəbər verir ki, turniri Azərbaycan uşuçuları 9 medalla başa vurublar.

Yeniyetmələrdən ibarət millinin heyətində Azad Hümbətov (42 kq), gənclərdə Yusif Azadi (52 kq), böyüklərə isə 6 qat Avropa çempionu Elçin Eminov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Hüseyn Məhəmmədov (45 kq), Ruqəyyə Azərpur (52 kq), Fatimə Azərpur (65 kq) yeniyetmələrin yarışında gümüş medal əldə edib. Eyni kateqoriyada Hümbət Mustafayev, Süleyman Kazımlı (hər ikisi 48 kq) və Xəyal İbrahimov (44 kq) üçüncü olub.

Qeyd edək ki, turnir mayın 3-5-də İsveçin paytaxtı Stokholmda keçiriləcək Avropa çempionatı və iyunun 14-17-də Rusiyanın Kazan şəhərində baş tutacaq beynəlxalq turnirə hazırlıq xarakteri daşıyıb.

Emin Ağa
İdman.biz