“İdman həftəsi”: Tələbələr arasında idman dırmanması yarışı keçirilib - FOTO

Xəbərlər
2 Mart 2024 12:44
231
“İdman həftəsi”: Tələbələr arasında idman dırmanması yarışı keçirilib - FOTO

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tələbələr arasında idman dırmanması yarışı keçirilib.

İdman.biz xəbər verir ki, “İdman həftəsi” çərçivəsində keçirilən yarış Azərbaycan Alpinizm Federasiyasının inzibati binasında baş tutub.

Tədbirdə Bakıda və regionlarda yerləşən müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Alpinizm Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 40 tələbə mübarizə aparıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: