“İdman həftəsi”: Ahıllar arasında futbol və badminton yarışı keçirilib - FOTO - VİDEO

Xəbərlər
1 Mart 2024 15:15
235
“İdman həftəsi”: Ahıllar arasında futbol və badminton yarışı keçirilib - FOTO - VİDEO

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə ahıllar arasında futbol və badminton yarışı keçirilib.

İdman.biz xəbər verir ki, yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün nəzərdə tutulmuş Sosial Xidmət Müəssisəsində baş tutub.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda ahıllarla nazirlik nümayəndələri oynayıb. "İdman həftəsi" çərçivəsində baş tutan yarışda sosial xidmət müəssisəsinin 30 sakini iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd yaşlı insanları aktiv və faydalı yaşlanmaya, cəmiyyətdə fəal rol oynamağa həvəsləndirmək, eləcə də onların asudə vaxtlarını səmərəli təşkil etmək, ahıllara daima diqqətdə olduqlarını hiss etdirməkdir.

Banuçiçək Hüseynli

İdman.biz

Məqalədə: