“İdman həftəsi”: İdman ictimaiyyətinin könüllü qanvermə aksiyası keçirilir - FOTO - VİDEO

1 Mart 2024 12:27
639
“İdman həftəsi”: İdman ictimaiyyətinin könüllü qanvermə aksiyası keçirilir - FOTO - VİDEO

5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında idman ictimaiyyətinin könüllü qanvermə aksiyası keçirilib.

İdman.biz xəbər verir ki, aksiyada müxtəlif yaş qruplarından olan insanlar, o cümlədən idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

“İdman həftəsi” çərçivəsində baş tutan aksiya Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə keçirilib.

Milli İdman Tibb və Reabilitasiya İnstitutununda səhər saatlarından başlayan qanvermə aksiyasında hələlik 41 nəfər iştirak edib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: