Bakının “Dünya İdman Paytaxtı” statusu çərçivəsində oktyabrın 18-də “Zirvəyə birlikdə qalxaq” adlı kütləvi yürüş təşkil olunub.
İdman.Biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Saat 10:00-da Funikulyor meydanından start götürən yürüşün iştirakçıları Dağüstü parka aparan pilləkənlərlə yuxarı qalxıblar.
Marşrut “Mənzərə” restoranının yaxınlığında başa çatıb.
Yürüşün keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin, fiziki fəallığın və kütləvi idmanın təbliği olub.
Qeyd edək ki, Bakı 2026-cı ildə “Dünya İdman Paytaxtı” statusunu daşıyır və bu münasibətlə paytaxtda müxtəlif idman tədbirləri təşkil olunur.
Foto: İslam Atakişiyev
