Bakı “Dünya İdman Paytaxtı” tədbirləri çərçivəsində oktyabrın 18-də “Zirvəyə birlikdə qalxaq” adlı yürüş təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, yürüş saat 10:00-da Funikulyor meydanından başlayacaq.
İştirakçılar Dağüstü parka doğru pilləkənlərlə yuxarı qalxaraq “Mənzərə” restoranının yaxınlığında finişə çatacaqlar.
İştirakçıların saat 09:50-də toplanması nəzərdə tutulub.
