Vinq Çun döyüş sənətinin üstünlük təşkil etdiyi səhnələrlə məşhurlaşan “İp Man” filminin baş rolunun ifaçısı Donni Yen Azərbaycana dəvət olunub.
Bunu İdman.biz saytına Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov deyib.
O, təəssüflə bildirib ki, aktyor bu təklifi qəbul etməyib: “İp Man” filmində baş rolun ifaçısı Donni Yeni Azərbaycana dəvət etdik. Vinq Çun üzrə qrandmaster Samuel Kvok usta vasitəsi ilə buna bir neçə dəfə cəhd olundu. Amma tanınmış aktyor çox təəssüf ki, işinin çox olmasını əsas gətirərək Bakıya gəlmədi. Ola bilər ki, bunda maliyyə tərəfləri də rol oynadı”.
Emin Ağa
İdman.biz
