Dünyaca məşhur Stiven Siqalın iştirakı ilə Azərbaycanda film çəkilə bilər – FOTO

10 Yanvar 2024 17:30
1 017
Dünyaca məşhur Stiven Siqalın iştirakı ilə Azərbaycanda film çəkilə bilər – FOTO

“Stiven Siqal 2 dəfə Azərbaycanda olub. Yaş fərqimiz olsa da, artıq onunla dost kimiyik”.

Bunu İdman.biz saytına Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov deyib.

Əməkdar məşqçi 2018-ci ildə aykido ustası, kinoaktyor və rejissor Stiven Siqalın dəvəti ilə Rusiyada beynəlxalq festivalda iştirak edib və onun köməkçisi olub. Hazırda da bu məşhurla əlaqəsi qalan federasiya rəhbəri bildirib ki, Bakıda Stiven Siqalın iştirakı ilə sənədli film çəkməyi düşünürlər: “Bir neçə layihəmiz var. Azərbaycanda Stivan Siqalın iştirakı ilə sənədli film çəkmək istəyirik. O, Azərbaycanı çox sevir. Bununla bağlı bir neçə dəfə danışmışıq. Filmdə döyüş səhnələri olacaq. Bunlar İçərişəhərdə, tarixi abidələrimizin qarşısında çəkiləcək. Siqalın işlərinin çox olması səbəbi ilə bu hələ ki, mümkün olmayıb. Ancaq məsələ aktual olaraq qalır”.

Qeyd edək ki, Siqal 2015-ci və 2016-cı illərdə Azərbaycanda olub.

Emin Ağa
İdman.biz

Məqalədə: