29 yaşlı futbolçu zorakılığa görə Londonda saxlanıldı

Xəbərlər
7 Dekabr 2025 20:30
65
29 yaşlı futbolçu zorakılığa görə Londonda saxlanıldı

Londonun Uest End bölgəsində şənbə gününün gecə saatlarında baş verən insidentdə polisə müraciət olunub.

İdman.Biz xəbər verir ki, BBC Sport-un məlumatına əsasən, insidentdə səbə 29 yaşlı beynəlxalq futbolçudur və o, polis tərəfindən saxlanılıb.

Futbolçuya qarşı iki zorakılıq və bir dava maddəsi üzrə şübhə irəli sürülüb. Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib. Polisin açıqlamasına görə, aldığı xəsarətlərin həyati təhlükə törətmədiyi bildirilir.

Hazırda futbolçu girov qarşılığında sərbəst buraxılıb və araşdırmalar davam etdirilir.

Böyük Britaniyada qanunvericiliyə əsasən, saxlanılan şəxsin adı yalnız ittiham irəli sürüldükdən sonra açıqlana bilər. Bu qayda 2012-ci ildə Leveson Komissiyasının qərarından sonra tətbiq olunur və yalnız istisna hallarda şəxsiyyətin açıqlanmasına icazə verilir.

İdman.Biz

Məqalədə: