Elçin Eminov 6-cı dəfə Avropa çempionu olmaq üçün Türkiyədə - HEYƏT

Xəbərlər
13 Dekabr 2023 12:10
495
Elçin Eminov 6-cı dəfə Avropa çempionu olmaq üçün Türkiyədə - HEYƏT

Dekabrın 14-də Türkiyənin İstanbul şəhərində uşu üzrə Avropa çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan 9 idmançı ilə təmsil olunacaq.

Qitə birinciliyində 5 qat Avropa çempionu Elçin Eminovla (56 kq) yanaşı, Elçin Muradov (52 kq), Raul Qasımzadə, Elçin Quliyev, Nurlan Zeynalov (hər üçü 56 kq), Kişi Şükürov (60 kq), Yabir Şıxəliyev, Həmzə Rəsulzadə (hər ikisi 65 kq) və Hüseyn Qəmbərov (85 kq) mübarizə aparacaq.

Qeyd edək ki, yarış dekabrın 17-də yekunlaşacaq.

İdman.biz