Türkiyənin Aydın şəhərində “Fənərbaxça” klubunun prezidenti, tanınmış iş adamı Ali Koça məxsus olduğu bildirilən bağ evində partlayış və yanğın baş verib.
İdman.Biz xəbər verir ki, hadisə Efeler rayonunun Umurlu məhəlləsində gecə saatlarında qeydə alınıb.
Məlumata görə, Ali Koça məxsus üzüm bağında naməlum səbəbdən baş verən partlayışdan sonra alov sürətlə yayılıb.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və jandarma qüvvələri cəlb olunub. Güclü küləyin təsiri ilə yanğın geniş əraziyə yayılaraq bağ evinə ciddi zərər vurub.
Faktla bağlı araşdırmalara başlanılıb.
