Azərbaycan Yay Deflimpiya Oyunlarında 20 idmançı ilə təmsil olunacaq

Xəbərlər
4 Noyabr 2025 11:57
55
Azərbaycan Yay Deflimpiya Oyunlarında 20 idmançı ilə təmsil olunacaq

Azərbaycan Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXV Yay Deflimpiya Oyunlarında ilk dəfə altı idman növü üzrə 20 idmançı ilə təmsil olunacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov mətbuat konfransında deyib.

O, bu Oyunlarda iştirakın Azərbaycanın Deflimpiya hərəkatı üçün yeni mərhələnin başlanğıcı olduğunu bildirib: “Sevindirici və qürurverici haldır ki, komandamız ilk dəfə Deflimpiya Oyunlarında beş xanım idmançı ilə təmsil olunacaq. Onlardan üçüü taekvondo, biri karate, biri isə üzgüçülük üzrə çıxış edəcək. Bu, qadın idmançılarımızın beynəlxalq arenada fəal iştirakının, onların əzminin və peşəkarlığının göstəricisidir. Eyni zamanda, bu uğur ölkəmizdə qadınların idmanda rolunun artmasının və gender bərabərliyinə verilən önəmin bariz nümunəsidir”.

Qeyd edək ki, Yay Deflimpiya Oyunları noyabrın 15-26-da keçiriləcək.

İdman.Biz