2027-ci ildə Avropa Deflimpiya Komitəsinin Baş Assambleyasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov mətbuat konfransında deyib.
O, komitənin ölkə daxilində müxtəlif sosial layihələr həyata keçirdiyini vurğulayıb: “Məqsəd eşitmə məhdudiyyətli uşaqlar, yeniyetmələr və gənclər arasında idmana marağı artırmaq, onların fiziki və psixoloji inkişafını dəstəkləməkdir. Bu məqsədlə ixtisaslaşmış məktəblər və ictimai birliklərlə sıx əməkdaşlıq qurulub, müxtəlif bölgələrdə yeni idman proqramları hazırlanır”.
Qeyd edək ki, Yay Deflimpiya Oyunları noyabrın 15-26-da keçiriləcək.
        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    