Muxtar Babayev: “Azərbaycanda dağ və dırmanma idmanının inkişafı istiqamətində bütün səylərimizi göstəririk”

Xəbərlər
1 Noyabr 2025 15:09
38
Muxtar Babayev: “Azərbaycanda dağ və dırmanma idmanının inkişafı istiqamətində bütün səylərimizi göstəririk”

“Azərbaycanda dağ və dırmanma idmanının inkişafı üçün bütün səylərimizi göstəririk”.

İdman.Biz xəbər verir ki, bu sözləri Bakıda keçirilən idman dırmanması üzrə ölkə çempionatının açılış mərasimində çıxış edən Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev deyib.

O, idmanın gənclərin sağlam həyat tərzi sürməsinə töhfə verdiyini bildirib: “Çempionatda peşəkar və yüksək səviyyəli idmançılar mübarizə aparırlar. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində idman növləri ölkəmizdə ildən-ilə inkişaf edir. Ölkə çempionatının Zəfər Günü ərəfəsində təşkili xüsusi məqamdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan yarışa noyabrın 2-də yekun vurulacaq.

İdman.Biz

Məqalədə: