Pişiyinin ölümünü qəbul edə bilməyən bodibildinq çempionunun ürəyi dayanıb

Xəbərlər
31 Oktyabr 2025 16:08
46
Pişiyinin ölümünü qəbul edə bilməyən bodibildinq çempionunun ürəyi dayanıb

Ürək tutmasından həyatını itirən 11 qat bodibildinq çempionu, 31 yaşlı braziliyalı Rikardo Nolasko Santuşun ölüm səbəbi məlum olub.

İdman.Biz “The Sun” nəşrinə istinadən xəbər verir ki, idmançının anası oğlunun onun sevimli pişiyi Bakinin ölümündən sonra dərin depressiyaya düşdüyünü və bunun nəticəsidə həyatını itirdiyini iddia edib.

İdmançının anasının sözlərinə görə, oğlu sevimli ev heyvanının itkisinə dözə bilməyib.

“Bizim Bakimiz getdi, sizin ikinizin bir yerdə olmadığı bir dünya mövcud ola bilməz”, idmançının anası öz sosial şəbəkədə hesabında yazıb.

O, həmçinin qeyd edib ki, Nolasko ölüm günü özünü pis hiss etsə də, fikrini yayındırmaq üçün dostları ilə görüşməyə qərar verib. Bir neçə saat sonra onu xəstəxanaya aparıblar, lakin həkimlər idmançının həyatını xilas edə bilməyiblər.

Məlumata görə, Nolasko sevgilisi ilə nişanlandıqdan bir neçə gün sonra dünyasını dəyişib.

İdman.Biz