Fərid Qayıbov Konfutsi İnstitutunun filialının açılış mərasimində iştirak edib - FOTO

Xəbərlər
30 Oktyabr 2025 09:45
54
Fərid Qayıbov Konfutsi İnstitutunun filialının açılış mərasimində iştirak edib - FOTO

Bakı Gənclər Mərkəzində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialının rəsmi açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutub.

Mərasimdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Çin Xalq Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Lü Mey və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış ediblər.

Tədbir çərçivəsində Bakı Gənclər Mərkəzi (direktor Nərgiz Babayeva), Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu (direktor Rafiq Abbasov) və Çin tərəfindən Konfutsi İnstitutu (direktor Li Jihua) arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Mərasimdə Azərbaycan və Çin milli rəqsləri və musiqiləri təqdim olunub, çinli tələbələrin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Qeyd edək ki, tədbirin sonunda tərəflər arasında hədiyyə mübadiləsi aparılıb.

İdman.Biz